Hərbçilərimizin əməliyyatı üçün İsraildən göz həkimləri dəvət olunub

YAŞAT Fondu Vətən müharibəsində gözünü itirən hərbçilərimizin müalicəsi üçün İsraildən həkim heyəti gətiriləcək.

ZaferTv.az bildirir ki, bunu Trend-ə YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O bildirib, ki həmin həkim heyəti fevralın sonuna kimi Azərbaycana gələcək:

“Fevralın sonuna qədər 10-a yaxın göz həkimi İsraildən Azərbaycana gələcək və gözlərindən xəsarət alan və ya gözünü itirən hərbçilərimiz həmin həkimlər tərəfindən müayinə ediləcək və qərar veriləcək. Əgər lazım olsa, hərbçilər burda əməliyyat olunacaq. Əgər ehtiyac olarsa, həmin hərbçilər ölkə xaricində əməliyyata götürüləcək. Buna xaricdən gələn həkimlər qərar verəcək”.