Koronavirus orqanizmdə bu vitamini tükədir – Əlamətləri

Türkiyəli alimlər hesab edir ki, koronavirusa yoluxma orqanizmin infeksiyaya qarşı müqavimətini artıran A vitamininin konsentrasiyasını azaldır.”Müşahidələrimiz retinolun (A vitamini) konsentrasiyasının COVID-19-un ağır formaları olan xəstələrdə son dərəcə aşağı olduğunu göstərdi ki, bu da birinci tip interferonların istehsalına mənfi təsir edib. Bu, koronavirusla mübarizə aparmaq üçün retinolun parçalanmasını inhibe edən dərmanların yanında A vitaminin böyük dozada istifadəsinin mümkünlüyünü göstərir”, – deyə Ankaradakı Türk Tibb Universitetinin professoru Özgür Aslanın rəhbərlik etdiyi alimlər yazırlar.

ZaferTv.az bildirir ki, həkimlər Türkiyənin 23 sağlam sakini və 27 son dərəcə ağır koronavirus infeksiyasından əziyyət çəkən və reanimasiya şöbəsində intensiv terapiya keçən xəstələrdən qan nümunələri götürüblər. /medicina.az