“Milli Ön” ödəmə terminalları qarət edildi

Gəncədə “Milli Ön” ödəmə terminallarından oğurluq olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ZaferTv.az-a verilən məlumatına görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 “Milli Ön” ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.

Araşdırma aparılır

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support