Paşinyan xarici işlər naziri Ara Ayvazyanı istefaya göndərmək istəyir – TÜRKİYƏNİ TƏNQİD ETDİYİNƏ GÖRƏ

Ermənistanın Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ara Ayvazyanın işindən narazıdır, ona görə vəzifəsindən azad edilə bilər və ya Ara özü istefa məktubu yazacaq.

ZaferTv.az bildirir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.

“Belə çıxır ki, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvadakı Türkiyə ilə bağlı açıqlamalarını bəyənməyib: nazir qayıtdıqdan sonra onlar gərgin söhbət etdilər, baş nazir nazirə xəbərdarlıq edib”, – deyə erməni nəşri dəqiqləşdirir.

Söhbət erməni diplomatın 7 dekabrda Moskvaya səfərindən gedir. Rus həmkarı Sergey Lavrovla danışıqların ardından mətbuat konfransında İrəvanla Ankara arasındakı münasibətlərin normallaşması ilə bağlı bir sualı cavablandıran Ayvazyan 1915-ci il hadisələrini xatırladaraq Türkiyəni Ermənistana qarşı təcavüzkar siyasətdə günahlandırıb və İkinci Qarabağdakı müharibəsindəki rolunu tənqid edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support