Peyvəndin xeyri olacaqmı? – İnfeksionistdən detallı açıqlama

Sərt karantindən əvvəl virusa yoluxma 4500 civarında idisə, indi 150-160 arasında dəyişir. Ona görə də mən inanmıram ki, vaksindən sonra bu rəqəm 4500-ə çatacaq. Amma Hande xanımın da fikrini müəyyən qədər dəstəkləyirəm. Çünki nəzərə almaq lazımdır ki, vaksinasiya tibb işçilərində başlanılıb. Onların 70 faizi peyvənd olunub. Amma cəmiyyətin böyük kütləsi vaksin edilməyib.

ZaferTv.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib.”Yaşı 65-dən yuxarı olanlar vaksin edilsə də, yaşı 65-dən az olanlar virus daşıya bilərlər. Digər tərəfdən, məktəblərin, kafe və restoranların açılması, ictimai nəqliyyatda sıxlıq bu sayı artıracaq. Vaksin kütləvi olarsa, biz yoluxmanı azalda bilərik. Peyvəndləmə 65-yaşdan aşağı aparıldıqda biz yoluxmalarda azalmanı görə biləcəyik. Bunun üçün isə ən azı iki-üç ay müddətində gigiyenik qaydalara əməl edilməlidir. Əks halda, yoluxma arta bilər”, – V.Cavadzadə qeyd edib.İnfeksionist bildirir ki, əhalinin hamısı vaksin edilsə də, immunitetin yaranması 40 gündən sonra baş verir:”Üstəlik vaksin edilənlərin hamısında immunitet eyni qədər yaranmaya bilər. Bu yaşdan, cinsdən, yanaşı xəstəliklərdən, eləcə də immun sistemindən, orqanizmin verdiyi cavabdan asılıdır. Ona görə də biz düşünməyək ki, vaksin edildikdən sonra yumşalmalara getsək, yoluxma sayı artmayacaq. Mütləq gigiyenik tələblərə və sosial məsafə, tibbi maska qaydasına əməl etməliyik”.Qeyd edək ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlamasında karantin rejiminin yumşaldılması ilə yoluxma sayının yenidən artacağına işarə edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support