Ramiz Mehdiyevdən yeni təyinat (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.

ZaferTv.az Qaynarinfo-a istinadən xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktoru, professor Əbülfəz Babayev təyin edilib.
AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib.
Akademiyanın rəsmisi çıxış edərək professor Əbülfəz Babayevi bu təyinat münasibətilə təbrik edib. Bildirib ki, uzun müddət sənayenin müxtəlif sahələrində çalışan və geniş təcrübəyə malik olan tanınmış kimyaçı alim Əbülfəz Babayevin YT Parka baş direktor seçilməsi Texnoparkda aparılan işlərin daha da sürətlənməsinə, qurumun fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan verəcək.
O, Əbülfəz Babayevin öz zəngin idarəçilik təcrübəsi ilə bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və texnoparkın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, professora fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Əbülfəz Babayev ABŞ Nyu York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür. Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası yerinə yetirilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support