Rusiyadan deportasiya olunmuş ermənilər aeroportda yatırlar – FOTO

Rusiyadan deportasiya olunmuş Ermənistan vətəndaşları “Zvartnots” aeroportunda qalmaqda davam edirlər.

ZaferTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar ədalətə nail olana qədər burada qalacaqlarını bildirirlər. Bəziləri bileti bərpa etməyi və Rusiyaya giriş qadağasını ləğv etməyi tələb edir, digərləri isə məhkəməyə müraciət etmək və həm maddi, həm də mənəvi kompensasiya almaq niyyətindədir.

Deportasiya olunanlardan biri qeyd edib ki, Moskva aeroportunda onlara bildiriblər ki, Ermənistanda onlara “atıblar” və aldadıblar.

Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı “COVID-19” testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.