Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü – “Opera Euro Rapid” mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

ZaferTv.az qafqazinfo-ya istinadən xəbər verir ki, şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək. Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.

Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Sentyabradək davam edəcək “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support