50 il öncə Ayda “itirilmiş” qolf topları tapıldı…-FOTOLAR

Həvəskar bir vizualist  NASA-nın “Apollo-14”  missiyasının 50 illiyi münasibətilə komandir Alan Şepardın Ayda zərbə vurduğuiki qolf topunun atış uzunluğunu arxivləşdirilmiş videodan hesablamağı qərara alıb. 

ZaferTv.az xəbər verir ki, bu haqda “Mirror” nəşri məlumat yayıb. Şepard özü ilk topun kraterə düşdüyünü, ikincisinin isə “millərlə” uçduğunu söyləyib. Missiya komandiri zərbə vurmaqdan ötrüAy süxurlarının nümunələrini toplamaq üçün yığıla biləndəmir bir vasitədən istifadə edib. 

 “Ay golfunun” yeganə dəlili isə bir televiziya kamerasından yan görünüşlü video olub. Vizualist Endi Sanders deyir ki, Aydakı cazibə qüvvəsi sayəsində ABŞ qolf çempionu Brayson De Şambeu nəzəri olaraq topu 3,41 mil (5,48 km) uzaqlığa göndərə bilərdi ki, bu da demək olar ki, 18 golf sahəsinin uzunluğundadır. Bu halda topun uçuş müddəti 1 dəqiqə 22 saniyə olacaqdı. 

  E. Sanders  50 il öncə Ayda çəkilmiş filmin orijinalının yüksək taranması sayəsində yalnız ikinci topu tapmağı deyil, həm də onun nə qədər uçduğunu da hesablamağı bacarıb. Mütəxəssisin hesablamalarına görə, astronavtın  Ayda vurduğu ilk qolf  topu 24 yard (21.9 m), ikincisi isə  40 yard (36.5 m) uçub.