Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına kim mane olur?

“Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması üçün ciddi bir maneələr görmürəm”.

ZaferTv.az Milli.Az-a istinadən bildiriki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycanda Türkiyənin bazasının yaradılmasına ehtiyac olarsa qərarın qəbul edilməsi uzun müddət tələb etməyəcək:

“Nəzərə alsaq ki, Türkiyənin Azərbaycanda iştirakına dair Türkiyə Böyük Millət Məclisi tərəfindən qərar da qəbul olunub, həm də hələ müharibədən əvvəl Türkiyənin Azərbaycana gələn Hərbi Hava Qüvvələrinin qırıcıları və pilotları hələ də Azərbaycandadır, o zaman bu məsələdə heç bir problemin olmadığı üzə çıxır. Lakin bu bazanın yaradılması üçün qərar ölkə rəhbərliyi səviyyəsində verilməlidir.

Belə bir ehtiyacın yaranmadığı üçün hələ də biz bu qərarın şahidi deyilik. Lakin düşünürəm ki, zaman Azərbaycanda Türkiyənin bazasının yaradılmasını tələb edərsə, onda belə bir bazanın yaradılması üçün qərarın qəbul edilməsi uzun müddət tələb etməyəcək”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support