“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda işə düşdükdən etibarən bu günədək neft hasilatının həcmi 3,8 milyard bareli ötüb.
ZaferTv.az bu barədə BP şirkətinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2020-ci ildə yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 477 000 barel təşkil edib.
İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.