Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir – Səfir

Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır.

ZaferTv.az Axar.az- a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, – deyə Erkan Özoral qeyd edib.