Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Çində son sutka ərzində 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

ZaferTv.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 681-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 83 810 xəstə sağalıb.

Ölkədə 1 235 aktiv koronavirus xəstəsi var ki, onlardan da 27-nin vəziyyəti ağır qiymətləndirilir.