Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb, onların keçdiyi şərəfli döyüş yolu ilə, hospitalda müalicə almışların sağlıq durumu ilə, mülki həyata qayıdanların iş qayğıları ilə maraqlanıb, ətraflı söhbət edib. 

“Əziz qazlərimiz, Siz, Vətən Müharibəsində mərdliklə döyüşərək işğalçı düşmən üzərində qələbəmizə öz töhfələrinizi vermisiz. Sizi bu tarixi zəfər münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar arzulayıram! Sizin kimi Vətən oğulları ilə qürur duyuruq! Sıralarında döyüşdüyünüz Ordumuzun rəşadəti sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini dirçəltmək imkanları yaranıb.Tanrıya şükürlər olsun, şəhid cəbhə yoldaşlarınızın qanı yerdə qalmayıb, tarixi zəfər qazanmışıq.

Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edir, şəxsi həyatınızda, işinizdə, karyeranızda başarılar diləyirəm”! Qazilərə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubları təqdim edilib.Qazilər – “Qarabağ” Ordenli polkovnik-leytenant Samir Tağıyev, Sumqayıt şəhər sakini, Baş leytenant Vüsal Hətəmov,  Tovuz rayon, Qovlar şəhər sakini Rəhim Məmmədov, Dönük Qırıqlı kənd sakini Nihat Musayev, Düz Qırıqlı kənd sakini Asim Abbasov səmimi görüş və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.