Şirkətin anbarından 7200 manatlıq oğurluq etdi – FOTO

Şamaxı Rayon Polis Şöbəsinə Muğanlı kəndi ərazisində məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinə məxsus anbardan yolun işıqlandırılması üçün istifadə olunan, ümumi dəyəri 5800 manat olan 40 ədəd plafonun və 1400 manat dəyərində elektrik kabelinin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ZaferTv.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində anbardan oğurluq edən şəxsin Ağsu rayonu Padar kənd sakini Xəyal İsgəndərov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və oğurladıqları həmin şəxsdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır