Ukraynada “Qarabağ variantı” olsa, daha iki şəhəri itirəcək – şok xəbərdarlıq

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq  qubernatoru Mixail Saakaşvili Ukrayna telekanalının efirində bildirib ki, ölkənin bəzi ərazilərini itirmək təhlükəsi var. Xatırladaq ki, prezident Vladimir Zelenskinin rəsmi sərəncamı ilə “NewsOne”, “ZIK” və “112 Ukrayna”  telekanallarının yayımını qadağan edilib.

Bu telekanallar Rusiyayönümlü və müxalif mövqeləri ilə seçilirdilər. Saakaşvili bu qadağaların Donbassdakı münaqişənin həllinə kömək etməyəcəyini vurğulayıb.  Saakaşvili işarə edib ki, müharibə olacağı təqdirdə, Mariupol və Xerson kimi şəhərlər də Rusiyanın nəzarətinə keçəcək. Çünki Rusiyanın platsdarm yaratmaq və Krımı su ilə təmin etmək üçün bu şəhərləri ələ keçirməyə ehtiyacı var.

 Xatırladaq ki, bundan əvvəl də Ukrayna siyasətçiləri ölkənin bəzi ərazilərin itirilməsi təhlükəsi haqda xəbərdarlıq ediblər. Bunlar həm ənənəvi olaraq Rusiya ilə münasibətlərə bağlı olan şərq bölgələri, həm də rumın və macar icmalarının üstünlük təşkil etdiyi qərb bölgələrinin bir hissəsi də ola bilər. Qeyd edək ki, son günlər Ukraynanın Donbassda müharibəyə hazırlaşdığı haqda ən müxtəlif səviyyələrdə iddialar var. Ötən həftə Donbassdakı qondarma qurumların vaxtilə birləşdiyi “Novorossiya parlamenti”nin sabiq spikeri Rusiya KİV-nə gözlənilən müharibə təhlükəsindən danışmış və Qarabağ müharibəsi ilə bənzətmələr etmişdi. O, demişdi ki, çox güman ki, Bayden Ukrayna məsələsinin çözümünü İngiltərənin himayəsinə verəcək.

“Qarabağdakı müharibədə türklərin (Azərbaycan nəzərdə tutulur) arxasında dayanan London, Donbassda da oxşar prosesi təkrarlamağa çalışacaq.” Separatçı siyasətçi deyib ki, Kiyevdə ingilis kəşfiyyat Mi-6-nın bürosunun açılışı olub. Türk hərbi mütəxəssislər ingilislər vasitəsi ilə Ukraynaya dəvət olunub və gözlənilən müharibədə dron proqramının müzakirəsi başlayıb.

““Ukraynada “Qarabağ variantı” getdikcə daha aydın görünür. Rusiya baş verənlərdən nəticə çıxarmalıdır. Xüsusilə Türkiyənin Ukraynaya tədarük etdiyi pilotsuz uçaqlarla bağlı”deyə, o bildirmişdi.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support