Xarici diplomat Zəngilanda namaz qıldı

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ölkəmizə həmrəylik nümayiş etdirib. 

Səfir Zəngilanın Ermənistan tərəfindən dağıdılmış məscidində namaz qılıb. O daha sonra qeyd edib: “Həmd olsun ki, bu torpaqlar öz sahibinə qayıtdı və biz burada namaz qıla bildik”.

Qeyd edək ki, səfir xarici ölkə diplomatlarının Cəbrayıl və Zəngilana səfəri çərçivəsində həmin bölgələrdə olub.