Ağdaşda dəhşətli qəza: İki nəfər öldü, biri ağır yaralandı

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

ZaferTv.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bilirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri “Mercedes” markalı minik avtomobilindən, iki nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.