BƏƏ ABŞ agentlərini pulla özünə işlədib – NYT

ZaferTv.az Axar.az- a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

Nəşr yazır ki, 2014-cü ildə Əbu-Dabi rəhbərliyi yüksək maaş vəd edərək agentliyin işçilərini öz tərəflərinə çəkib:

“Agentlik işçiləri BƏƏ adına bölgə ölkələrinə kiberhücumlar həyata keçiriblər. Hücumlar əsasən, Qətərin kral ailəsindən tutmuş FİFA rəhbərlərinə kimi, BƏƏ-nin düşmən kimi gördüyü bütün şəxslərə və təşkilatlara edilib.

Bundan başqa, kiberhücumlar zamanı agentlik işçilərinin “radarına” ABŞ-ın yüksək səviyyəli rəsmilərinin yazışmaları da düşüb”.