Bakıda tikintidə yanğın olub

ZaferTv.az Oxu.az- a istinadən bildirir ki, Bakı şəhərinin Nəsimi rayonunda tikilməkdə olan üçmərtəbəli binanın üçüncü mərtəbəsində taxta qəliblər 6 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın söndürülüb.