Biz hər həftə Azərbaycana yeni mövqelər təhvil veririk – Erməni ekspertdən etiraf

“Elə həftə olmur ki, biz öz yaşayış mövqelərimizdən haranısa növbəti dəfə Azərbaycana təhvil verməyimizlə bağlı xəbər almayaq. Hər həftə haranısa təhvil veririk”. 

ZaferTv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu hərbi ekspert Karen Vrtanesyan deyib.

“Dünən Nerkin Xndzoresk kəndində bizim mövqelərimiz xeyli geri çəkilib. Hakimiyyət mənsubları əvvəlcə bunu yalan məlumat adlandırsa da, sonradan başa düşdülər ki, GPS deyilən bir şey var. Biz məlumat aldıq ki, kənddəki dayaq məntəqələrimiz geriləyib. Azərbaycan əsgərləri bizimkilərə ultimatum verərək, filan saata qədər çəkilmək lazım olduğunu bildiriblər. Bizim əsgərlər də sakitcə çəkilərək kəndin müdafiə vəziyyətini pisləşdiriblər. Bu belə davam edərsə, vəziyyət kəskinləşəcək, insanlar qorxu içində qalacaqlar, bütün bu kəndlər boşalacaq, çünki hamısı Azərbaycan əsgərlərinin nişanı altında olacaq”, – Vrtanesyan əsəbini cilovlaya biləməyib.