Britaniya səfiri Cəbrayılla bağlı paylaşımını NİYƏ SİLDİ?

Doğrudan da ingilis diplomatın “Tvitter”ində bəhs edilən paylaşım silinib. NİYƏ?!.

ZaferTv.az Moderator.az- a istinadən xəbər verir ki, fevralın 6-da Azərbaycandakı digər diplomatik korpus nümayəndələri ilə birgə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Dünən günorta saatlarında C.Şarp özünün “Tvitter” hesabında Cəbrayıla səfəri ilə bağlı paylaşım edərək yazıb:

“Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu, Cəbrayıldır”.

Bundan sonra, təbii ki, ermənilər media və sosial şəbəkələrdə hay-küy qaldırıb. Moderator.az xəbər verir ki, dünən axşam saatlarında sosial şəbəkələrin erməni seqmentində işğalçı və terrorçu xislətli ermənilər üçün “şad” xəbər yayılıb:

“Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayılla bağlı paylaşımını silib”.

Görünür, “tvit” Britaniya səfirinin şəxsi təşəbbüsü olub və Londonun rəsmi siyasətinə uyğun gəlməyib. Və bəlkə də diplomat öz idarəsinin rəhbərliyi tərəfindən müvafiq sanksiyalara məruz qalıb”- ermənilər belə yazıb.

P.S. Doğrudan da ingilis diplomatın “Tvitter”ində bəhs edilən paylaşım silinib…NİYƏ?!.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support