Fransada koronavirusa 20 min 586 yeni yoluxma qeydə alınıb

Fransada son sutkada COVID-19 pandemiyasına 20 min 586 yeni yoluxma qeydə alınıb.

ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, xəstəxanalarda 27 min 369 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3225 xəstə intensiv müalicə alır. Son həftədə reanimasiyaya daxil olan ağır xəstələrin sayında 6 faiz artım olub.

Ölkədə pandemiyadan ölənlərin ümumi sayı 78 min 794-ə çatıb. Son 24 saatda xəstəxanalarda 191 ölüm faktı qeydə alınıb. Pandemiya başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 milyon 318 minə çatıb.

Fransada peyvənd kampaniyası çərçivəsində 1 milyon 864 min 932 nəfər peyvənd birinci dozasını alıb. 247 min 260 nəfərə peyvəndin ikinci dozası vurulub.