İspaniyada təyyarə qəzasında iki nəfər ölüb

İspaniyanın mərkəzində kiçik təyyarə qəzaya uğrayıb.

ZaferTv.az TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki iki nəfər həlak olublar.

“Uçduqları təyyarənin qəzası nəticəsində iki nəfər ölüb. Hadisə Alqodor aerodromunun (Toledo şəhəri) yaxınlığında baş verib”, – xidmətin veb saytında yaydığı məlumatda deyilir.

Qurbanların 66 yaşlı kişi və 23 yaşlı qadın olduğu bildirilir.

Milli.az