Məşhur musiqiçi kokainə görə həyatının iki ilini unudub

“Fleetwood Mac” qrupunun yaradıcısı Mik Flitvud kokain istifadəsinə görə həyatının iki ilini unudub.

ZaferTv.az oxu.az-a istinadən bildirir ki, bu barədə o, “Classic Rock” nəşrinə müsahibəsində bildirib.

O, vurğulayıb ki, narkotiklərə aludəçilik 1977-ci ildə “Rumours” albomunun çıxmasından sonra nəzarətdən çıxıb.

“İki il işləmədim. Hətta həmin vaxt nə etdiyimi xatırlamıram”, – deyə o, bildirib.

Musiqiçinin sözlərinə görə, kollektiv tamamilə kokain aludəçisinə çevrilmişdi, onlar uzun müddət narkotiklərdən asılı olublar.

Həmin illəri xatırlayarkən Flitvud “sərgərdan heyvanlara” bənzədiklərini bildirib.

“Ancaq biz yerdə ağzında yaşıl köpük sürünərək gəzən qruplardan deyildik. Biz işləyirdik, anlayırsınız?” – deyə qrupun yaradıcısı bildirib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support