Məşhur aktyor vəfat edib

Kanadalı aktyor Kristofer Plammer vəfat edib.

ZaferTv.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun qohumları məlumat yayıb.

91 yaşlı Kristofer Plammer Amerikanın Konnektikut ştatındakı evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, aktyor “Dünyanın bütün pulları”, “Musiqi səsləri”, “Ağıl oyunları”, “Kral olmaq istəyən adam”, “12 meymun”, “Əjdaha döyməli qız” kimi filmlərdəki obrazları ilə məşhurlaşıb. K.Plammer “Oskar”, “Qızıl Qlobus”, “Emmi” və digər mükafatların laureatı olub. 70 illik karyerası ərzində o, 200-dən çox film və serialda rol alıb.