Masallıda yol qəzasında 2-si azyaşlı olmaqla 5 nəfər xəsarət alıb

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ZaferTv.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi “Hyundai” markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.