Meksikada 90 milyon dollarlıq narkotik ələ keçirildi

Meksika hərbçiləri Sinaloa ştatının şimal-qərb sahillərində böyük narkotik partiyası daşıyan gəmini saxlayıb.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, bu barədə Hərbi Dəniz Donanması Nazirliyi bildirib.

Məlumata əsasən, iki nəfər tərəfindən idarə olunan gəmidə 2,5 tondan çox metamfetamin və 100 000-dən çox fentanil həbi tapılıb.

Təxmini hesablamalara görə, qara bazarda qanunsuz yüklərin ümumi dəyəri 90 milyon dollar civarındadır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support