“Napoli” 38 yaşlı futbolçu ilə bacarmadı, “Yuventus” ardıcıl 6-cı qələbəsini qazandı – VİDEO

İtaliya A seriyasında XXI tur 4 oyunla davam edib.

ZaferTv.az Apasport.az-a istinadən bildirir ki, “Atalanta” doğma arenasında “Torino” önündə erkən qollarla 3 top fərqi ilə önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib.

Nəticədə bol qollu qarşılaşmada berqamolular 1 xalla kifayətlənib.

Turun mərkəzi oyunu Turində baş tutub. Turnir cədvəlində qonşu olan “Yuventus”la “Roma” üz-üzə gəlib. Hər hissədə vurduğu bir qol “Yuventus”a ardıcıl 6-cı qələbəni qazandırıb. “Qoca sinyora” həm də turnir cədvəlində rəqibini üstələyərək, 3-cü pilləyə yüksəlib.

“Cenoa”nın qonağı olan “Napoli” isə 38 yaşlı Qoran Pandevlə bacarmayıb. Məhz onun dublu genuyalıları qələbəyə daşıyıb.

Qeyd edək ki, turun qalan matçları fevralın 7-də keçiriləcək.

İtaliya A seriyası
XXI tur
6 fevral
“Atalanta” – “Torino” – 3:3

İliçiç, 14, Siriqu, 19 (avtoqol), Muriel, 21 – Belotti, 42, 45+1, Bonatsoli, 84
“Sassuolo” – “Speziya” – 1:2
Kaputo, 25 – Erliç, 39, Qyasi, 78
“Yuventus” – “Roma” – 2:0
Ronaldo, 13, İbanyez, 69
“Cenoa” – “Napoli” – 2:1
Pandev, 11, 26 – Politano, 79

1İnter21145251-2347
2Milan20144241-2346
3Yuventus20126241-1842
4Roma21124544-3540
5Napoli20121744-2137
6Atalanta21107448-2937
7Latsio20114535-2737
8Sassuolo2187634-3231
9Verona2086626-2130
10Sampdoriya20821030-3126
11Cenoa2166924-3124
12Fiorentina2157921-3322
13Benevento20641023-4022
14Udineze2056921-2821
15Speziya21561028-3821
16Bolonya20551025-3520
17Torino21210932-4116
18Kalyari20361124-3815
19Parma20271114-3813
20Krotone20331422-4612