Qonşuda koronavirusla bağlı son statistika

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  404 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

ZaferTv.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  262 024, ölənlərin sayı isə 3 283 nəfərə çatıb.

Virusa yoluxanlardan 253 614 nəfərin sağaldığı bildirilir.