Salyanda ana doğuşdan sonra ölüb

Salyanda doğuşdan sonra ana ölümü baş verib.

ZaferTv.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

Rayonun Dördlər kənd sakini, 1989-cu il təvəllüdlü Hümmətova Gülnarə Mahir qızı doğuş üçün fevralın 5-də xəstəxanaya daxil olub.

Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və körpə qız ana bətnindən götürülüb. Lakin G.Hümmətova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, onun üç azyaşlı uşağı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support