SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən internetdə “socar.space” ünvanında açılmış saytın mobil versiyasında SOCAR haqqında saxta və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.