Türkiyədə antiterror əməliyyatı: Antik əşyalar aşkarlanıb

Türkiyə polisinin Şanlı Urfa bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində qaçaqmalçılardan müxtəlif növ antik əşyalar ələ keçirilib.

ZaferTv.az AZƏRTAC-a istinadən bildirir ki, ələ keçirilən 4 metr uzunluğunda piton ilan dərisi üzərində fiqur naxışlar həkk olunub. Bundan başqa, tutulan əşyalar arasında beş dini kitab, iki dəri üzərində əl yazısı var. Bildirilir ki, ələ keçirilən əşyaların orta əsrlərə məxsus olduğu ehtimal edilir.

Qaçaqmalçılıqda ittiham olunan iki nəfər həbs olunub.