Amerikalı general: “Rusiya proqramı bitirir, ABŞ-ın isə çatışmazlığı var”

ABŞ-ın nüvə arsenalında ciddi çatışmazlıq var.

ZaferTv.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın quru qoşunları qərargahının keçmiş rəis müavini general Cek Kin deyib.

“Biz nüvə arsenalımızı modernləşdirməli və rəqiblərimizə stimul verməməliyik, onlar arsenalımızdakı zəifliklərdən istifadə edə bilərlər”, – o qeyd edib.

Generalın sözlərinə görə, Vaşinqton bu tipli silahların modernləşdirilməsində Moskvadan geri qalır, baxmayaraq ki, iki ölkənin arsenallarının həcmi SNV-3 müqaviləsinə əsasən üst-üstə düşür:

“Rusiya nüvə silahının yaxşılaşdırılması ilə bağlı onillik proqramı başa çatdırır, ABŞ isə o baxımdan bərbad vəziyyətdədir”.