Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? – RƏSMİ

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə 52,2 %-lə Bakı şəhəri ilk yerdədir.

ZaferTv.az xəbər verir ki,bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 13,3%-i Aran zonasında yaşayır. Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxmaların 12,9 %-i Abşeron rayonunda, 8,1%-i Gəncə-Qazax bölgəsində, 3,2 %-i Şəki-Zaqatala, 3 %-i Quba-Xaçmaz, 2,9 %-i Lənkəran rayonunda, 2,5 %-i Dağlıq Şirvan, 1,4 %-i isə Yuxarı Qarabağda qeydə alınıb. Yoluxanların 0,05 %-i Naxçıvanda yaşayanlardır. 

Xatırladaq ki, xəstələnənlərin 0,4 %-ni ölkə xaricindən gələn şəxslər təşkil edir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support