Azərbaycanda bir gündə 3 zəlzələ olub – YENİLƏNİB

Şamaxı rayonunda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb. 

***

Hacıqabul rayonunda daha bir zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:11-də Qobustan stansiyasından 31 km cənubda Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb. 

***

Hacıqabul rayonunda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 3.9, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.