Bakıda sərnişin avtobusu qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ZaferTv.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb.

132 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu qarşısına çıxan piyada vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, bu gün saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə (10 TF 992 Dövlət Qeydiyyat Nişanlı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub. “Əhmədli” metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.  Hadisəylə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev Agentliyə çağırılıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support