“Bunun üçün məndən 1 milyon avro istədilər” – VİDEO

Xalq artisti Faiq Ağayev “ATV maqazin onlarla” verilişinin “33 sual” rubrikasının qonağı olub.

ZaferTv.az axşam.az-a istinadən bildirir ki, müğənni şou-biznesdə gerçək dostluqların olmadığından danışıb:

“Peşəmiz eqo üstündə qurulub, rəqabət gedir. Şikar isə birdir – tamaşaçı. Tapançadan güllə çıxana qədər heç kim bir-biri ilə dostluq etmir. Hamı fokuslanır ki, finala birinci kim gedəcək. Sənət bizim kəbinli ər-arvadımızdır. Sənət imkan vermir ki, kimləsə dostluq edəsən. Amma sənət adamları var ki, bir-birimizin evinə gedib gəlirik: Aygün Kazımova, Samir Cavadzadə, Samir Piriyev”.

Rubrikanın aparıcısı Ruslan Ağayevin “Arzuladığınız yerdəsiz” sualına ifaçı “Bundan artıq nə ola bilər ki? Nə arzuladımsa, Hamısıah verib. Ölkənin ən gənc Əməkdar, Xalq artisti olmuşam. Konsert rekordlarım olub” cavabını verib.

F.Ağayev Rusiya şou-biznesinə qatılmaq üçün onun qarşısına qoyulan şərtlərdən danışıb:

“Rusiyaya gedib, İqor Krutoyla (prodüser- musiqiçi- red.) görüşdüm. Bir il ərzində 4 sinql, 2 klip və piar üçün 1 milyon dollar istədilər. Şərt qoydular ki, Faiq Ağayev adından imtina etməlisən. Türkiyədə yarım il piar, 5 mahnı və 3 klip üçün isə 1 milyon avro istədilər. Biz türklərdən də qəşəng oxuyuruq. Bizimkilər ora gedir, amma istədiklərini ala bilmirlər. Aygün Kazımova və Röya gediblər, gözəl nəticələr əldə ediblər. Amma Türkiyə şou-biznesinin hissəsi ola bilməyiblər. Azərbaycanın parlaq ifaçılarıdır. Orada ola bilmədilər”.

Müğənni üç dəfə kliniki ölüm keçirdiyini söyləyib:

“Bir dəfə suda boğuldum. Xilas etdilər, həkim dedi ki, siz ölmüşdünüz. Uzaqdan nənəmin üzünü gördüm, komadan ayılanda anam yanımda idi. Anama dedim ki, nənəmi gördüm və dedi ki, get”.

Sevgidən danışan sənətçi “Böyük sevgi yaşamasaydım, onu mahnılarımda yaşada bilməzdim. Sevəndə dəli oluram, insan mənim qayğımda olmalıdır. Elə edirəm ki, o insan heç düşünməsin ki, faiq mənlə maraqlanmır. Sənət adamının həyat yoldaşı olmaq çətindir, qurbanlar tələb edir. Eqonu kənara qoymalısan” deyə, əlavə edib.

Ağayev hazırda həyatında sevgi olmadığını deyib:

“Sevgisiz yaşaya bilmərəm. Amma indi həyatımda sevgi yoxdur. Pandemiyadır, hardan tapım? İnsan hansısa tədbirdə tanış ola bilər. Mənə sosial şəbəkədə tanışlıq da olmaz. Tanınmış adamam, yazım, götürsün paylaşsın ki, Xalq artisti mənə nələr yazır”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support