Dünya təcrübəsi: polietilen torbalarla bağlı iki əsas variant… – Ekspert

Mağazalarda torbaların pulla alınması vətəndaşın özündən asılı olacaq”.
ZaferTv.az xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Baş nazir Əli Əsədovun ticarət və ictimai iaşə müəssisələrində polietilen torbaların vətəndaşlara satılması ilə bağlı imzaladığı qərarı şərh edərkən deyib. O bildirib ki, bu qərar ətraf mühitə dəyən zərərin qarşısını alacaq:

“Polietilen məmulatların qarşısını almaq məqsədi ilə dünya təcrübəsində iki əsas varianta  üstünlük verilir. Biri torbaların ödənişli əsaslarla satılmasıdır. Bu, torbaların yayılmasının qarşısını müəyyən qədər alır. İnsanlar torbalara ödəniş edirsə, o zaman ona qənaət edəcəklər. Hər məhsulu ayrıca bir torbaya qoymayacaq, daha az torbalardan istifadə edəcəklər. Nəticədə bunun da tullantı şəklində ətraf mühitə zərərinin qarşısı alınacaq. Burada əsas məsələ ətraf mühitə dəyən zərərin qarşısının alınmasıdır. Bu məhsullar cürümür, uzun müddət torpaqda, təbiətdə qalırlar. Bu baxımdan zərərli xarakter daşıyırlar. Bu, metodlardan biridir. 
İkinci metod isə bu məhsulların istifadəsinin qadağan edilməsidir. Görünən odur ki, bizdəki şərtlər daxilində mərhələli keçidə ehtiyac yaranıb. Uzun müddətdir ki, pərakəndə ticarət mərkəzləri, müəssisələri torbaları ödənişsiz şərtlərlə təklif edirdilər. Belə bir ənənə formalaşıb. Alternativ məhsullar da yox idi. Kağız torbalarının istehsalı, yaxud bu istiqamətdə bir ənənə də yoxdur. Buna görə də mərhələli keçidə üstünlük verirlər. Mərhələli keçiddə də bu məhsulların satılması tələbi qoyulur”. Rəşad Həsənov hesab edir ki, vətəndaşlar əlavə xərcə düşməmək üçün böyük ehtimalla bazarlığa evdən torbalar aparmağa üstünlük verəcəklər:
“Burada məcburi heç nə ola bilməz. Məsələ ondan ibarətdir ki, müəssisələr hansısa formada müştəri cəlb etmək üçün bunu ödənişsiz şərtlərlə təklif edə bilər. Belə olduğu təqdirdə müəyyən bir nəzarət mexanizmi qurulmalıdır ki, prosesə hansısa formada müdaxilə edə, bunun qarşısını ala bilsinlər”.
Qeyd edək ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. 

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support