Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı

Dünyada bugünədək koronavirusa qarşı 132 milyona yaxın şəxs və ya dünya əhalisinin 1,7 faizi koronavirusa qarşı peyvənd olunub.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, ABŞ-da 42 milyon, Çində 31,2 milyon, Böyük Britaniyada 12,6 milyon nəfər peyvəndlənib.

Əhali sayına nisbətdə peyvənd olunanların payına görə İsrail liderlik edir. Bu ölkədə əhalinin 5,54 milyonu və ya 62,4 faizi peyvənd olunub. Bu siyahıda Birləşmiş Ərəb Əmirlikləri (44,8 faiz) və Seyşel adaları (40,5 faiz) ilk üçlükdə yer alıb.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.