Ekstremal hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

Türkiyənin Şərqi Anadolu bölgəsində ekstremal hava şəraiti ilə bağlı əhaliyə müraciət edilib.

ZaferTv.az Sonxeber.az-a istinadən xəbər verir ki, Van, Bitlis, Muş və Hakkari şəhərlərində əlverişsiz hava şəraiti müşahidə olunacaq.

Şiddətli qar yağışı, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi, yolların buz bağlaması gözlənilir. Hava temperaturu mənfi dərəcələrə enəcək.

Əhaliyə zərurət olmadıqca yaşayış yerini tərk etməmək, hava şəraitini nəzərə almaq tövsiyə olunub.