Ermənistan müxalifəti yeni aksiya təyin etdi – “Paşinyan, istefa ver!”

Ermənistan müxalifəti 20 fevral tarixinə yeni aksiya təyin edib.

ZaferTv.az unikal.org-a istinadən bildirir ki,bu barədə Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan məlumat verib.

Aksiyanın İrəvandakı “Azadlıq” meydanında keçiriləcəyi bildirilib. Saqatelyan qeyd edib ki, erkən parlament seçkilərinin keçirilməyəcəyi elan olunduqdan sonra “Mənim addımım” blokunun istefası zərurətə çevrilib.

Etiraz aksiyasında baş nazir Nikol Paşinyan və hakimiyyətin istefası tələbinin qoyulacağı bildirilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support