Gecə saatlarında fəaliyyət göstərən restoranın icarədarı həbs edildi

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

Daxili İşlər nazirliyindən ZaferTv.az-a verilən məlumata görə. fevralın 6-da gecə saat 1 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi və Post-Patrul Xidmətinin əməkdaşları şəhərin 6-cı məhəllə ərazisində yerləşən “Zeytun” restoranının sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən restoranı icarə əsasında işlədən şəhər sakini Ş.Əkbərovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

Ş.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Ş.Əkbərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support