İctimai nəqliyyata qoyulan həftəsonu qadağası götürülür? – Deputatdan açıqlama

Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində həftəsonu ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət təbiq edilib. Sözügedən qadağa 29 mart saat 06:00 tarixinədək qüvvədədir. Karantin rejiminin yumşaldılmasından sonra bu qadağanın də qismən aradan qaldırılması müzakirə mövzusudur. Belə ki, həftəsonu ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətin ən azından şənbə günü ləğv edilməsini istəyənlər yetərincədir.
Maraqlıdır, bu ictimai sifarişin nəzərə alınması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Musa Quliyev müxtəlif qadağanın ləğvi ilə bağlı müxtəlif səbəblər göstərilsə də bunlar yetərli deyil:
“İndi həftəsonu ictimai nəqliyyatın çalışması üçün müxtəlif bəhanə və səbəblər gətirmək olar. Amma dünya təcrübəsində də var ki, həftəsonları ictimai nəqliyyat işləmir. Bizdə yumşalma rejimi hələ təzə tətbiq edilib. Birdən-birə bu qadağa da götürülsə, nəticə yaxşı olmaz. Gəlin, vaksinasiynın daha geniş tətbiq edilməsini gözləyək. Çox güman ki, üzü yaza doğru qrip, paralel infeksiyalar yavaş-yavaş azalacaq. Bundan sonra gərəkli qərarlar qəbul ediləcək”.