İlham Əliyev, bura gəl – AKSİYA

Bakı şəhəri, Xətai rayonu, General Əliağa Şıxliniski küçəsi 42 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirib.

ZaferTv.az BAXAR.AZ-a istinadən xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin evləri başlarına uçurulur. Binanın qəzalı vəziyyətdə olması əsas gətirilərək bu gün səhər saatlarından bina sökülməyə başlayıb. Heç bir məhkəmə qərarı olmadan sökülən binanın yüzlərlə sakini əraziyə gətirilmiş texnikanın qarşısını kəsib. Əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub. Sakinlər BAXAR.AZ-a deyib ki, ölkə başçısı İlham Əliyevin hadisə yerinə gəlməsini tələb və xahiş ediblər. 

Hazırda söküntü dayandırılıb.


Fərid İMRAN