İtaliya TAP sayəsində ilk dəfə təbii qaz ixrac edib

İtaliyada Trans-Adriatik qaz kəməri (TAP) sayəsində qaz bazarında “inqilab” baş verib.

ZaferTv.az Trend-ə istinadən bildirir ki, İtaliya ilk dəfə Fransaya, eləcə də İsveçrəyə qaz ixrac edib.

Yanvarın 23-24-də və 30-31-də İtaliyadan Fransaya müvafiq olaraq 24 milyon və 12 milyon kubmetr qaz ixrac olunub.

Bundan başqa, İsveçrə İtaliyadan 4 milyon kubmetrə yaxın qaz əldə edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support