Keçmiş məhkum silahla yaxalandı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan ZaferTv.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Məhəmməd Vahidov Qaratuğay kəndin ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. M. Vahidovdan üzərində gəzdirdiyi müvafiq qeydiyyatı olmayan 1 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.