Konqoda yenidən Ebola virusuna yoluxma hadisəsi qeydə alınıb

Konqo Demokratik Respublikasında yeni Ebola virusuna yoluxma hadisəsi qeydə alınıb.

ZaferTv.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 1-də Şimali Kivi əyalətinin Butembo bölgəsində aşkar edilib. 

Yoluxan qadının öldüyü bildirilib. Səhiyyə Nazirliyi tərəfindən sözügedən bölgəyə mütəxəssis qrupu göndərilib. 

Qeyd edək ki, keçən il oktyabrın 18-də Konqoda Ebola virusunun yayılmasının qarşısının alınmdığı elan edilmişdi. 

Xatırladaq ki, Ebola virusu insana vəhşi heyvanlardan keçib. Xəstəliyin ilk əlamətləri hərarət, əzələ ağrısı, baş ağrısı və boğaz ağrısıdır. Sonrakı mərhələdə böyrəyin və qaraciyərin funksiyası pozulur, bəzi hallarda daxili və xarici qanaxmalar olur.

Ebola virusuna ilk yoluxma hadisəsi 1976-cı ildə Konqoda aşkar edilib.