Qurban Yetirmişli: “Bu gün 20-dən çox yeraltı təkan olub”

Azərbaycanda baş verən zəlzələlər qorxulu deyil. Dünyanın hər yerində hər gün bu proseslər gedir.

ZaferTv.az bildirir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycanda sutka ərzində zonaların aktivliyindən asılı olaraq 16-20, 30-40 xırda təkan olur: “Bunlar arasında hiss olunan və olunmayanlar olur. Zəlzələnin hiss olunması dərinliyindən də asılıdır. Bu gün 20-dən çox təkan olub. Bunlar zəif təkanlardır. Cihazlar tərəfindən qeydə alınıb”.

Q. Yetirmişlinin sözlərinə görə, yerin daxili həmişə hərəkətdədir, litosferdə böyük plitələrin hərəkəti, plitələrdaxili blokların həm horizontal, həm vertikal hərəkətləri olur: “Azərbaycanda baş verən bu zəlzələlər hamısı bloklardaxilidir, bloklar parçalanır, onların hərəkəti nəticəsində bu hadisələr baş verir. Bir blokun digər blokdan sıxılması və ya genişlənməsi nəticəsində kritik həddə çatır və laylarda böyük qırılma boyu parçalanması gedir. Burada güclü parçalanma zamanı enerji ayrılır və silkələnmə dalğa formasında yer üzərində öz təzahürünü göstərir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support