Rəmişin keçmiş həyat yoldaşı: “Övladlarından halallıq almamış o dünyadan rahat köçə bilməz” – VİDEO

Hamımızın Rəmiş kimi tanıdığımız tanınmış gitaraçı Rafiq Hüseynovun keçmiş həyat yoldaşı Arzu xanım açıqlama verib.

ZaferTv.az sonxeber.az-a istinadən xəbər verir ki, o, bu barədə ARB telekanalında yayımlanan verilişə danışıb. Arzu xanım bildirib ki, 1979- cu ildə el adəti ilə deyil, qoşulub qaçmaqla Rəmişlə evlənib:

“Rəmişin istəyilə övladımızın adına onun atasının adı – Hüseyn qoyuldu. Rəhmətlik anam görürdü ki, Rəmiş evdən gedir, bir də bir həftədən sonra gəlirdi ki, Gürcüstanda toyda idim. Bizim nə davamız, nə söz-söhbətimiz olub. O, heç vaxtı mənim qəlbimə dəyən söz deməyib. Hamısıah var başımın üstündə, o, məni döyüb, söyməyib. O, mənə övladı kimi baxıb, mənə balam deyirdi.

Onunla mənim aramda 14 yaş fərqimiz var. Bir dəfə də itkin düşüb qayıdanda anam dedi ki, bir də xahiş edirəm gəlmə. Anam ona dedi ki, mənim övladımın, onsuz da, taleyini pozmusan, belə ailə olmaz, gəlmə. Gedəndən sonra Rəmiş dəfələrlə geri gəldi, amma mən gördüm ki, valideynlərim düz deyir, belə ailə olmur.

Bir dəfə Hüseyn xəstələnmişdi, Rəmişi axtrarıb tapa bilmədik. Oğlum bir dəfə Rəmişlə görüşmək üçün veriliş çəkilən yerə onun görüşünə getmişdi. Bu görüşə Gülü etiraz etmişdi. Hüseyn həbsə düşdü, oradan çıxdı, 2013-cü ildə rəhmətə getdi.

Mən Rəmişi nə lənətləmirəm, nə də sevinmirəm, ölüm haqdır, hamı üçün var. Bəlkə mən ondan qabaq dünyamı dəyişəcəm. Hamısıah onun şəfasını versin. Övladlarından halallıq almamış o, dünyadan rahat köçə bilməz. Mənim onu bağışlamağımla deyil, onu Hamısıah bağışlamalıdır. 33 yaşında övladın rəhmətə gedə, sən gəlib onun qəbrini ziyarət etməyəsən?”

Qeyd edək ki, Rəmişin Arzu adlı xanımdan qeyri-rəsmi oğlu olduğu iddia edilən Hüseyn Hüseynov (“Quska” adı ilə tanınıb) səkkiz il əvvəl Rusiyada həbs olunub və cəzaçəkmə müəssisələrindən birində cəza çəkib. Hüseyn Hüseynova 9 il həbs cəzası kəsilib. Məlumata görə, H. Hüseynovun meyiti artıq ölkəyə gətirilib və Yevlax qəbiristanlığında torpağa tapşırılıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support